"Qatar Airways"in direktorundan skandal açıqlama!
Qətər Hava Yollarının ("Qatar Airways") İdarə Heyətinin sədri və İcraçı direktoru Akbar El Baker, hava yolu şirkətlərini yalnız kişilərin idarə edə biləcəyini deyib.
"Marja" xəbər verir ki, eyni zamanda, Beynəlxalq Hava Nəqliyyatı Birliyinin (İATA) də rəhbəri olan Akbar El Baker, "Təbii ki, kişilər idarə etməlidir, çünki çox çətin bir vəzifədir" - deyib.
Akbar El Baker bu açıqlamaları, IATA-nın hava yolu şirkətlərində gender bərabərliyinin geniş müzakirə olunduğu illik konqresində edib.
Həmçinin Akbar El Baker, Qətər Hava Yollarının Yaxın Şərqdə qadın pilotlar işlədən ilk hava yolu şirkəti olduğunu və şirkətdə qadınların yüksək vəzifələrə təyin olunduğunu vurğulayıb.
El Baker, "Yəni əslində qadınları təşviq edirik. Yüksək səviyyəli idarəetmə vəzifələrində böyük potensialları olduğunu görürük" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
4 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl