Azərbaycanda vəkillər ixtisas imtahanı verəcəklər

“Təhsildən sonra vəkillərin etik davaranış, qanunvericilik və digər prinsiplərə yiyələnməsi üçün müəyyən kurslar keçməli və onlar vəkillik imtahanı verməlidirlər".

 

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

 

O bildirib ki, VK-nın üzvləri müəyyən spesifik biliklərə sahib olmalıdırlar: "Bu məsələnin birbaşa təhsil səviyyəsi ilə əlaqəli olduğunu düşünmürəm. Kollegiyaya üzv olan vəkillər qanunvericiliyi, hüquqi aktları mükəmməl bilməlidirlər. Eyni zamanda, bir sıra praktiki biliklərə də yiyələnməlidirlər. Bütün bu biliklərin səviyyəsini yoxlamaqdan ötrü vəkillərin ixtisas imtahanları nəzərdə tutulub".

 

A.Bağırovun sözlərinə görə, VK gələcəkdə bir sıra kurslar və seminarların təşkil edilməsi də planlaşdırır.

 

1 GÜNƏ KREDİT ALIN!

 

© Report

6 İyun 2018 , 12:01   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin