Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Zəlzələdən sonra "Azsığorta"ya mürciətlər daxil olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zəlzələdən sonra "Azsığorta"ya mürciətlər daxil olub

İyunun 5-dən 6-na keçən gecə Zaqatala rayonunda baş verən zəlzələ bir sıra dağıntılar törədib və artıq sığorta şirkətlərinə müraciətlər başlayıb. 

 

"Azsığorta" şirkətinin Zaqatala təmsilçisi Rəcəb Qədirov bildirib ki, zəlzələ nəticəsində artıq bəzi kəndlərdən "Azsığorta"ya mürciətlər daxil olub:

 

 "Rayonun Qımız, Muxah, Zəyəm, Əliabad kəndlərindən müraciətlər var. Hələlik müraciətlər telefonla edilib, biz mütəxəssisləri gözləyirik ki, gəlsinlər, həmin obyektlərə baxış keçirilsin". 

 

R.Qədirov qeyd edib ki, hələlik müraciətlər yalnız kommersiya obyktləri ilə bağlıdır, baxmayaraq ki, zəlzələdə evlərə də zərər dəyib.

 

Zəlzələ nəticəsində R.Qədirovun öz evinə də zərər dəyib. Maraqlıdır ki, sığorta agentinin öz evinin sığortası olmayıb. Bunun səbəbi həmin evin JEK-in balansında olmasıdır:

 

"Evim çatlayıb, qanuna görə, yerli icra hakimiyətlərinin və JEK-lərin balansında olan evləri onların sakinləri deyil, JEK özü sığortalamalıdır, ona görə də bizim evimiz sığortalanmayıb".

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© FED

06.06.2018 10:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ