Yeni Spesial 400 sementi tikinti bazarına təqdim edildi

(®) İsveçrə dəqiqliyi və Fransız incəliyini özündə çəmləşdirən Holcim Azərbaycandan daha bir unikal məhsul - yeni Spesial 400 sementi tikinti bazarına təqdim edildi.


 

Sement istehsalında dünya lideri sayılan Holcim Azərbaycan şirkəti öz müştərilərinə yeni Spesial sementini təqdim edib. Hər zaman yeni məhsullarla müştəriləri məmnun etməyə çalışan  şirkət bu dəfə də İsveçrə formulası əsasında hazırlanan təkmilləşdirilmiş yeni Spesial 400 sementini bazara çıxardıb.

 

Xatırlatmaq istərdik ki, keçən il şirkət Yeni Optimal 300 məhsulu ilə müştəriləri sevindirmişdir.

 

Yeni Spesial 400 sementi bünövrə, beton, daxili və xarici suvaq  kimi bütün növ tikinti təmir işlərinin öhdəsindən asanlıqla gəlir. Asan qarışdırma, yüksək ilkin möhkəmlik, daha az su sərfiyyatı kimi amillərini özündə cəmləşdirən  bu məhsul az məsrəf tələb edir və mükəmməl nəticəyə zəmanət verir.  

 

Mütəxəssislər tərəfindən xüsusi peşəkarlıqla və  İsveçrə formulası əsasında hazırlanan yeni tərkib məhsulun axarlılığının (plastikliyinin) artırılmasına, beton və suvaqda çatların azalmasına imkan yaradır.

 

Yeni məhsul suvağın səthinə hamarlıq verməklə yanaşı daxili və xarici suvaq, döşəmə altı qatlarda çatların əmələ gəlməməsinə müsbət təsirini göstərir. İndi sement isitifadəçiləri bu sadalanan amillər sayəsində öz işlərini həm sürətli həm də daha peşəkar şəkildə yerinə yetirə biləcəklər. Çünki yeni məhsul betonda və suvaqda çatların əmələ gəlmisini 40% azalmasına kömək edəcək. Belə olan halda artıq həm ustalar həm də ev sahibləri mükəmməl nəticədən məmnun qalacaqlar.

 

İndi Siz də yeni spesialla mükəmməl nəticəyə nail olacaqsınız.

 

Sabahın bünövrəsini birlikdə quraq!

6 İyun 2018 , 14:00   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin