Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dövlət Reklam Agentliyi gözlənilən yenilikləri açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Reklam Agentliyi gözlənilən yenilikləri açıqlayıb

Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov gözlənilən yenilikləri açıqlayıb.

 

O bildirib ki, reklam yayıcılarına yüksək səviyyəli və şəffaf xidmətlərin göstərilməsi, mövcud prosedurların sadələşdirilməsi məqsədilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir:

 

"Göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədilə “Reklam daşıyıcılarının onlayn qeydiyyatı” sistemi tezliklə agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək. Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək".

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Aydın İbadov əlavə edib ki, Agentliyin müfəttişlərinin innovativ texnologiyalarla təchiz olunması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq, qurum üçün xüsusi hazırlanmış reklam səthini məsafədən ölçmə cihazı da tezliklə istifadəyə veriləcək. Həmçinin ərazinin 360° görüntüsünü təsbit edən texnologiyaların istifadəsi reklam daşıyıcılarının tənzimlənməsi və nəzarətini asanlaşdıracaq. Bu istiqamətdə hazırda beynəlxalq təcrübə araşdırılır. Agentliyin fəaliyyətinə dair sualların operativ cavablandırılması, inzibati-hüquq pozuntuları barədə telefon zənglərinin, habelə agentliyin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələri vasitəsilə daxil olmuş müraciətlərin qəbul edilməsi məqsədilə yaxın zamanda çağrı mərkəzinin fəaliyyətə başlaması da nəzərdə tutulur.

 

Aydın İbadov əlavə edib ki, açıq məkandakı reklamlarda dövlət dili və dövlət rəmzləri ilə bağlı səhvlərə yol verilməyəcək

 

06.06.2018 11:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ