Bakıda yemək festivalı təşkil ediləcək - 20-DƏN ÇOX RESTORAN

İyunun 15-də İçərişəhərdə Qoşa qala qapısı yaxınlığında “Summer Food Fest” yemək festivalı təşkil ediləcək.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, festivalda paytaxtın 20-dən çox restoran və kafesi sevilən yeməklərdən əlavə, xüsusi menyular da təqdim edəcək.

 

İştirakçıları hər gün saat 11-dən 23-dək restoranlar tərəfindən təşkil ediləcək viktorinalar, master-klaslar, dequstasiyalar, uşaqlar üçün əyləncə, həmçinin zövqlü musiqi gözləyir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Qoruq İdarəsi və “Meal for Real onlayn” kulinariya platforması tərəfindən təşkil olunan festival iyulun 1-dək davam edəcək.

6 İyun 2018 , 16:03   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin