Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azalacağı gözlənirdi, artdığı açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azalacağı gözlənirdi, artdığı açıqlandı

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 2,1 milyon barel (0,5 faiz) artımla 436,6 milyon barelə qalxdığını açıqlayıb.
 

"Marja" xəbər verir ki, bazar gözləntisi (proqnoz) ehtiyatların 2 milyon barrel azalacağı istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 3,6 milyon barel azalmışdı.
 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 0,6 milyon barrel (0,1 faiz) azalaraq 660,2 milyon barrelə enib.
 

ABŞ-ın benzin ehtiyatları isə ötən həftə 4,6 milyon barel (2 faiz) artımla 239 milyon barelə yüksəlib.Benzin ehtiyatlarına dair bazar gözləntisi 600 min barel artım olacağı istiqamətində idi. Bir əvvəlki həftə benzin ehtiyatları 0,5 milyon barel artım göstərmişdi.
 

ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 715 min barel artımla 8,35 milyon barelə çatarkən, xam neft ixracı isə gündəlik orta hesabla 465 min barrel azalaraq 1,71 milyon barrelə enib.
 

Xam neft hasilatı son 21 həftədə 20 dəfə yüksəlib


Ölkənin xam neft istehsalı isə keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 31 min barel artımla 10,8 milyon barelə çatıb. Bu nəticə ilə, ölkənin xam neft istehsalı yeni bir rekord səviyyə qeyd edərək, son 21 həftədə 20 dəfə artım göstərmişdir.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

EIA-nın May 2018 hesabatına görə, ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel olması gözlənilir. Hesabata görə, ABŞ-ın gələn il xam neft hasilatının gündəlik orta hesabla 11,9 milyon barrel olacağı və dünyanın ən iri xam neft istehsalçısı Rusiyanı geridə qoyacağı proqnozlaşdırılır.

07.06.2018 05:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ