Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Türkiyə Naxçıvana dəmir yolu xətti çəkəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə Naxçıvana dəmir yolu xətti çəkəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə hökuməti 2018-ci ilin sonu - 2019-cu ilin əvvəllərində ölkəni İran və Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Qars-İqdır-Aralık-Dilucu dəmir yolunun tikintisi layihəsini həyata keçirməyə başlamağı planlaşdırır.

 

Reklam_3_11

Bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.

 

"Türkiyədən keçən "Qərb-Şərq" dəmir yolu dəhlizini İran və Naxçıvanla birləşdirəcək Qars-İqdır-Aralık-Dilucu dəmir yolunun tikintisi layihəsinin reallaşdırılmasına 2018-ci ilin sonu - 2019-cu ilin əvvəllərində başlanacaq. Layihə 214 kilometr uzunluğunda dəmir yolunun tikintisini nəzərdə tutur, qatarların hərəkət sürət saatda 160 km təşkil edəcək", - deyə Türkiyə KİV-i Ə.Arslana istinadən məlumat verib.

 

Onun sözlərinə görə, xüsusilə Qarsda böyük həcmdə yükün “Qərb-Şərq” dəhlizi ilə Çin, Pakistan, Hindistan və İrandan Avropa və Türkiyə limanlarına daşınacağı logistik mərkəzin və Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyət göstərməsini nəzərə alaraq layihə çox böyük əhəmiyyətə malikdir.

 

"Yeni dəmir yolu, həmçinin İran və Naxçıvanı Türkiyənin digər regionları ilə birləşdirəcək. Bu regionlarla Kapıkule-Edirne-İstanbul-Eskişehir-Ankara-Yozqat-Sivas-Ərzincan-Ərzurum-Qars” dəmir yolu ilə əlaqə qurmaq mümkün olacaq”, - deyə Ə.Arslan qeyd edib.

 

BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT

 

© İnterfaks-Azərbaycan

07.06.2018 07:09

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ