Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

40 ildə 23 milyondan çox ixracat

iç səhifə xəbər başlığı altı (mobil)_31
40 ildə 23 milyondan çox ixracat

Hyundai, 1976-ci ildə ixracata başlamışdır. Bu günə qədər 23 milyondan çox avtomobil ixracı həyata keçirən Hyundai, hər il 184-dən artıq ölkəyə 1 milyondan artıq maşın ixrac edərək ciddi bir rəqəmləri ortaya qoymuşdur.

 

Reklam_3_11

İXRACA BU MODEL İLƏ BAŞLAYIB

 

Dünyanın ən sürətli inkişaf edən və böyüyən avtomobil markalarından biri olan Hyundai, istehsaldakı keyfiyyətini modellərinə əks etdirərək son illərdə nəzərə çarpan bir nəticələr göstərir. Bu uğurunu hər sahədə davam etdirən Hyundai xüsusən ixrac məsələsində də əhəmiyyətli bir yol keçib. İlk dəfə 1976-ci ildə Cənubi Amerika ölkəsi Ekvatora göndərdiyi Pony modeli ilə ixraca başlayan brend, bu günə qədər 23 milyondan çox avtomobil ixrac edib.

 

Cənubi Koreyanın ilk istehsal modeli olan Pony-dən sonra yenə eyni ölkənin ilk seriya elektrik və hibrid modeli IONIQ ilə bu uğurunu davam etdirən Hyundai, günümüzdə ildə 1 milyon ədəddən artıq avtomobil ixrac edə bilir.

 

ÖTƏN İL QLOBAL MARKA DƏYƏRİ ARTIB

 

Interbrand tərəfindən aparılan son sıralamaya görə, davamlı beynəlxalq ixrac uğuru üzərində inşa edilən Hyundai, dünyanın 6-cı böyük avtomobil markası və ümumi markalar arasından 35-ci böyük markası mövqeyindədir. Avtomobil sənayesi üçün çətin il olmasına baxmayaraq şirkətin qlobal marka dəyəri 2015-dən bu yana 11 faiz artaraq 2016-da 12,6 milyard dollar səviyyəsinə çatıb.

06.02.2017 07:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ