Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avropa iqtisadiyyatı birinci rübdə 0,4 faiz artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa iqtisadiyyatı birinci rübdə 0,4 faiz artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Statistika Ofisinin (Eurostat) bu gün açıqladığı məlumatlara görə, 19 üzvlü Avro Bölgəsində Ümumi Daxili Məhsul (ÜDM), ilin ilk 3 aylıq dövründə əvvəlki 3 aylıq dövrə nisbətən 0,4 faiz artıb. Avro Bölgəsində Ümumi Daxili Məhsulun artımı 2017-nin ilk rübü ilə müqayisədə isə 2,5% olaraq qeyd edilib.
 

Göstəricilər, 28 üzvlü Avropa Birliyində (AB) isə ÜDM-in ilin ilk rübündə əvvəlki rübə nisbətən 0,4 faiz və 2017-nin ilk rübünə nisbətən 2,4 faiz artdığını ortaya qoyub.
 

Reklam_3_11

ƏN YÜKSƏK ARTIM LATVİYADA OLUB
 

AB üzvü olan ölkələr arasında birinci rübdə ÜDM bir əvvəlki rüblə müqayisədə ən yüksək artım 1,6 faiz ilə Latviya və Rumıniyada, 1,2 faiz ilə Macarıstan və Finlandiyada qeydə alınıb.
 

Həmin dövrdə Birləşmiş Krallıq 0,1%, Almaniya 0,3%, Fransa 0,2%, İspaniya 0,7%, İtaliya 0,3%, Yunanıstan 0,8% artıb.
 

Ötən ilin eyni dövrü ilə müqayisədə ən çox artım  5,1% ilə Latviyada ölçülüb. Sözügedən dövrdə, Almaniya 2,3%, İtaliya 1,4%, Fransa 2,2%, İspaniya 3%, Birləşmiş Krallıq 1,2 faiz və Yunanıstan 2,3 faiz artıb.

07.06.2018 12:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ