Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın dövlət şirkətinin Yunanıstanda nümayəndəliyi fəaliyyətə başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın dövlət şirkətinin Yunanıstanda nümayəndəliyi fəaliyyətə başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2014-cü ildə uzun fasilədən sonra  xarici sulardakı fəaliyyətini bərpa edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti bu istiqamətdə ardıcıl və effektiv addımlar atır. Belə ki, son dörd ildə  Xəzərdənkənar hövzələrdə – Azov, Qara, Aralıq dənizlərində üzən gəmilərimizin sayı 13-ə çatdırılıb. Onların 11-i quru yük gəmisi, 2-si tankerdir. Üçrəngli bayrağımız altında xarici sularda üzən həmin gəmilərin daha səmərəli istismarını isə Gəmiçilik tərəfindən Türkiyədə təsis edilən “Caspdry” və “Casptankers” şirkətləri həyata keçirir.

 

Reklam_3_11

Bütün bunlar onu deməyə imkan verir ki, artıq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi xarici bazarlarda öz mövqeyini xeyli möhkəmləndirib. İndi “AXDG” QSC beynəlxalq sularda quru və maye yük daşımalarında lider şirkətlərdən birinə çevrilməyi qarşısına məqsəd qoyub.

 

Şübhəsiz ki, AXDG-nin bu istiqamətdə aktiv fəaliyyəti və durmadan inkişafı azərbaycanlı dənizçilərin beynəlxalq sularda üzmə imkanlarını da artırır. Bu, Gəmiçiliyin kadr potensialının möhkəmləndirilməsi, yüksək ixtisaslı dənizçilərin yetişdirilməsinə birbaşa təsir göstərir.

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC xarici sularda fəaliyyətinin daha da genişlənməsi və möhkəmləndirilməsi məqsədi ilə daha bir uğurlu addım atıb.  Belə ki, bundan sonra AXDG-nin vacib dəniz nəqliyyatı arteriyaları üzərində yerləşən Yunanıstanın paytaxtı Afinada nümayəndəliyi fəaliyyət göstərəcək.

 

Yeni təsis olunan nümayəndəliyin açılış mərasimində  Azərbaycanın Yunanıstandakı  səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev, nüfuzlu beynəlxalq təsnifat cəmiyyətləri və  gəmiçilik şirkətlərinin əməkdaşları,  o cümlədən iş adamları iştirak ediblər.

 

Mərasimdə çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev qonaqlara son zamanlar ölkəmizdə həyata keçirilən irimiqyaslı nəqliyyat-infrastruktur layihələri haqqında ətraflı məlumat verib.

 

Bildirib ki, Azərbaycan artıq Asiya və Avropa qitələrini  birləşdirən bir “Hub” rolunu oynayır. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verən  Rauf Vəliyev Çin və Avropa bazarlarını birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan və onun əsas iştirakçılarından biri olan və 160 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi haqqında söz açıb. Qeyd olunub ki, gündən-günə inkişaf edən bu marşrut üzərində yeni çağırışlara cavab vermək üçün Gəmiçilik öz donanmalarını müasir gəmilərlə yeniləyir, kadr bazasını möhkəmləndirir. Vurğulanıb ki,  9 mindən artıq əməkdaşı olan Gəmiçiliyin iki böyük donanması mövcuddur.  Dəniz Nəqliyyat Donanmasının tərkibində 52, Xəzər Dəniz Neft Donanmasının tərkibində isə 212 müxtəlif təyinatlı gəmi istismar edilir. Həmçinin “AXDG” QSC-nin nəzdində  Gəmi Təmiri və Tikintisi zavodları, Azərbaycan Dövlət Dəniz Akademiyası və Təlim Tədris Məkəzi fəaliyyət göstərir. Bu da Gəmiçiliyin beynəlxalq bazarlarda rəqabət qabiliyyətliliyini daha da artırır.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Tədbirdə həmçinin “B2B” formatında işgüzar görüşlər də baş tutub. Azərbaycan Xəzər Dəniz Gəmiçliyi ilə bir sıra beynəlxalq şirkətlərin əməkdaşlıq perspektivləri müzakirə olunub. 

 

Mərasimdə Azərbaycanın əlverişli coğrafi məkanını, təbiət, mədəniyyət və tarixini, iqtisadi inkişafını, aparılan irimiqyaslı nəqliyyat-infrastruktur layihələrini, o cümlədən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafını əks etdirən videoçarx da nümayiş etdirilib.

07.06.2018 13:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ