Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qlobal xam neft hasilatı 2017-də azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal xam neft hasilatı 2017-də azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2018 İllik Statistik Bülleteninə görə, kartel üzvü olan ölkələrin gündəlik neft hasilatı keçən il 2016-cı ilə nisbətən 926 min barrel azalıb. OPEC üzvü olmayan ölkələrin neft istehsalında isə artım baş verib.
 

"Marja" bülletenə istinadən xəbər verir ki, 2017-də Dünya üzrə neft istehsalında ən çox artım  498 min barel artımla ABŞ-da baş verib. İkinci yerdə isə 427 min barel artım təmin edən Liviya gəlir. Liviyanın gündəlik neft hasilatı 820 min barelə çatıb.
 

Qlobal neft istehsalında ən böyük azalma Səudiyyə Ərəbistanı və Venesuelada baş verib. Səudiyyə Ərəbistanı istehsalını 2017-də gündəlik 501 min barel azaldıb.
 

İqtisadi və siyasi mənada çətin günlər keçirən Venesuelada da ötən il gündəlik neft hasilatı 338 min barrel azalaraq 2 milyon 30 min barrelə enib.
 

NEFT İSTEHSALINDA LİDER ÖLKƏLƏR
 

Ötən il ən çox neft hasilatı Rusiyada artıb. 2017-də Rusiyanın hasilatı gündəlik 10 milyon 350 min barel səviyyəsində olub.
 

Rusiyanın ardınca ötən il gündəlik 9 milyon 960 min barellə Səudiyyə Ərəbistanı və gündəlik 9 min 360 min barellə ABŞ yer alıb.

 

QLOBAL NEFT TƏLƏBİ ARTIB
 

Qlobal neft tələbi keçən il əvvəlki illə müqayisədə 1,7 faiz artaraq gündəlik 97 milyon 200 min səviyyəsində baş tutub. Ən çox tələb Çin və Hindistan başda olmaqla Asiya Sakit Okean ölkələrində, Avropa Qitəsi və Şimali Amerikada artıb.  
 

Keçən il, Afrika və Yaxın Şərqin neft tələbatı əvvəlki illə müqayisədə gündəlik 100 min barrel artıb, Latın Amerikasında azalma baş verib.
 

OPEC-İN NEFT İXRACI AZALIB
 

OPEC-in neft ixracı da 2017-də əvvəlki illə müqayisədə gündəlik 406 min barrel azalaraq 24 milyon 860 min barrel səviyyəsinə enib. Ümumi ixracatın 62,6%-i Asiya Sakit Okean ölkələrinə həyata keçirilib. Avropa ölkələri isə OPEC-dən neft idxalını gündəlik 4 milyon 400 min bareldən 4 milyon 460 min barrelə qaldırıb.
 

Dünya miqyasında sübut edilmiş ümumi neft ehtiyatı 2017-də 1 trilyon 483 milyon səviyyəsində olub. Ehtiyat əvvəlki il 1 trilyon 489 milyon barrel səviyyəsində idi.

07.06.2018 14:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ