Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Tonu 300 manata alışı başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tonu 300 manata alışı başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Aveta” MMC, “Neon” firması, “EL-Babatürk” MMC, “Pak-Nur” firması, “Xırman” MMC, “Rəşad” firması,”Səma”FF firması, “Avropa” firması, “Sarı sünbül” firması, “Azəri-Arapoğlu” US, T.Ltd BM və “Svinks” MMC müəssisələri vasitəsilə cari ilin iyun ayının 7-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 300 manat olmaqla Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək.

 

FHN-dən verilən məlumata görə, taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər:

 

I. Dənin naturası (bir litrlik purkalarda qramla):

buğda üçün - 750 q/l-dən az olmamaqla


II. Alaq otları (zibil) qarışığı (faizlə):

buğda üçün - 2 faizdən çox olmamaqla


III. Dən qarışığı (faizlə):

buğda üçün - 5 faizdən çox olmamaqla


IV. Nəmlik (faizlə)- bütün bitkilər üçün:

13,0 faizdən çox olmamaqla


V. Yapışqanlıq : 3-cü sinif buğda üçün - 23 faizdən az olmamaqla

yapışqanlığın keyfiyyəti: (göstərici: 65-75)


VI.  Şüşəvarilik:

3-cü sinif buğda üçün - 40% -dən az olmamaqla


VII.  İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir

 

VIII.  Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir

 

IX.  Anbar ziyanvericiləri ilə sirayətlənmə - yol verilmir

 

X.  Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir.

 

Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

 


Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (09:00-dan 18:00-a kimi):

“Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;

“Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu,  Səngəçal qəsəbəsi, Bakı-Səlyan şossesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06;

“Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi, tel:  012-342-90-04; 050-352-50-01;

“Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;                                        

“Karat-Holdinq”: Xırdalan şəhəri, Şamaxı şossesi-23, tel.: 050-222-38-36;

“Karmen”  MMC: Abşeron rayonu, Yeni Şamaxı şossesi-23, tel.: 050-223-18-93;                       

“Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel.: 050-265-80-75;

“N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. Tel. 012-566-00-44; 050-214-72-81;

“Aveta” MMC: Kürdəmir şəhəri, Bakı prospekti 6, tel: 0-50-200-11-87;  

“Neon” firması: Gəncə şəhəri, Ə.Əliyev küç. 3, tel: 0-50-220-30-27;

“EL-Babatürk” MMC: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, tel.: 012-346-08-08, 055-271-73-73;

“Pak-Nur” firması: Xaçmaz şəhəri, tel: 050-590-18-36;

“Xırman” MMC: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;

“Rəşad” firması: Bərdə şəhəri, tel: 050-215-99-00;

“Svinks” MMC: Xırdalan şəhəri, tel: 050-630-65-92;

“Azəri-Arapoğlu” US, T.Ltd BM: Gəncə şəhəri, tel: 050-222-65-22;

,”Səma” FF: Bakı şəhəri, tel: 050-311-52-51;

“Avropa” firması: Bakı şəhəri, tel: 050-255-48-88;

“Sarı sünbül” firması: Giləzi, tel: 050-212-29-66;

 

Daxili mal göndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər:

 

2018-ci ilin iyul ayının 1-i tarixinə kimi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən, 1 iyul 2018-ci il tarixindən etibarən isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.


Dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti. Uyğunluq sertifikatı könüllülük prinsipi əsasında təqdim edilə bilər. 1 iyul 2018-ci il tarixindən buğda məhsulu istehsalçılarının qeydiyyata alınmaları üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri tövsiyə edilir.


Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xətti”nə müraciət etmək olar.

07.06.2018 15:05

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ