Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Fermerlər biçin apara bilməyib - ARPA SAHƏLƏRDƏ BATIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fermerlər biçin apara bilməyib - ARPA SAHƏLƏRDƏ BATIR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bir çox ərazilərdə arpa biçini başa çatsa da, Kürdəmirdə fermerlər hələ də biçin apara bilməyib. Səbəb isə kombayn çatışmazlığıdır.


Karrar qəsəbə sakinlərinin yetişdiridikləri arpa hələ də sahədədir. Sakinlər biçinin gecikməsinin arpanın itkiyə getməsi ilə nəticələnəcəyinı bildirir. Fermerlərin sözlərinə görə, onlara məxsus 170 hektardan çox ərazidə vaxtında arpa biçini aparılmadıgı üçün məhsuldarlıq çox aşağı olacaq.

Reklam_3_11


Sakinlər aidiyyati qurumlara müraciət ediblər, amma kombaynla təmin olunmayıblar.


"Aqrolizinq" ASC-nin Kürdəmir Aqroservisinin müdiri Valeh Məmmədəliyev bildirib ki, servisə məxsus 15 kombayn var və texnikalar sahələrdə biçin işləri aparır. Onun sözlərinə görə, Karrar qəsəbəsi iki gün ərzində kombaynla təmin olunacaq.


Qeyd edək ki, rayon ərazisində 44800 hektar taxıl əkilib ki, bundan 28300 hektar arpa, 16500 hektar bugdadır. Hazırda bu günə qədər cəmi 5500 hektar taxıl biçini aparılıb.

 

Qeyd edək ki, “Aqrolizinq” ASC-nin İdarə Heyətinin yeni sədri Seymur Mövlayev taxıl biçininin vaxtında və itkisiz həyata keçiriləcəyini bildirmişdi.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© "Xəzər Xəbər"

08.06.2018 05:13

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ