Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu gün G7 Liderlər Zirvəsi başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün G7 Liderlər Zirvəsi başlayır

Dünyanın ən böyük iqtisadiyyatına malik yeddi ölkədən ibarət olan G7 Qrupunun Liderlər Zirvəsi bugün Kanadanın ev sahibliyində başlayacaq. İki gün davam edəcək 44-cü G7 Liderlər Zirvəsi Kanadanın Quebec ştatının Charlevoix qəsəbəsində keçiriləcək.
 
 
"Marja" xəbər verir ki, Avropa Birliyi də G7-də təmsil olunur.   


 
Tədbirin keçiriləcəyi qəsəbəyə gedən yollarda və bölgədə fövqəladə təhlükəsizlik tədbirləri görülüb.

Reklam_3_11


 
Zirvə görüşünü izləyəcək mətbuat nümayəndələri üçün də Quebec City şəhərində mətbuat mərkəzi yaradılıb.


 
Zirvənin yerli vaxtla 12.00-da rəsmi açılışı keçiriləcək.
 
 
 Kanadanın Baş naziri Justin Trudeau verdiyi açıqlamada, bütün G7 ölkələrinin iqtisadi artımın faydalarının ədalətli bir şəkildə bölüşdürülüb bölüşdürülmədiyinə dair ümumi bir problemlə qarşı-qarşıya olduğunu deyib.


 
Baş nazir Trudeau, "G7 sədri olaraq Kanada, bu iqtisadi problemlə qarşı-qarşıya qalmışdır və bu ilin G7 gündəliyinin mərkəzində hər kəs üçün işləyən böyümə hədəfi var" deyib.


1 GÜNƏ KREDİT ALIN!

 
ABŞ Prezidenti Donald Tramp Prezident olaraq Kanadaya ilk səfərini reallaşdıracaqdır. G7 Liderlər Sammitinin, ötən günlərdə Tramp rəhbərliyinin polad və alüminiuma  tətbiq etdiyi  ağır gömrük vergiləri səbəbindən sanki bir "ticarət müharibəsinə" səhnə olacağı ehtimal edilir.


 
G7 üzvü olan altı ölkənin maliyyə nazirləri ilə Avropa Birliyi nümayəndələri sammit öncəsi Kanadada görüşmüşdü. Görüşdə ABŞ-ın yeni gömrük tariflərinə qarşı birləşmək qərarı çıxmışdı.

08.06.2018 06:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ