Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Beynəlxalq Bankın təqaüdçüləri arasında şahmat çempionatı başa çatdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankın təqaüdçüləri arasında şahmat çempionatı başa çatdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Beynəlxalq Bankının Azərbaycan Şahmat Federasiyası ilə birgə öz təqaüdçü müştəriləri arasında keçirdiyi şahmat üzrə respublika çempionatı başa çatıb.

 

Mayın 29-dan başlayaraq 5 gün davam edən çempionatda ölkəmizin müxtəlif regionlarından şahmat dərəcələri olan 30-dan çox şahmatçı iştirak edib. Çempionatda 1-ci yerə 7 xalla Həmzə İsmayılov çıxıb. O, fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur. Həmzə İsmayılov uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olub:

 

“67 yaşım var. Azərbaycan Beynəlxalq Bankının təqaüdçüsüyəm. 50 ilə yaxındır ki, şahmatla məşğulam. Çempionat çox yüksək səviyyədə təşkil edilmişdi. İlk dəfədir ki, şahmat üzrə Azərbaycan çempionu oldum. Ən böyük arzum bundan sonra veteranlar arasında dünya birinciliyində iştirakdır”.

 

Həmzə İsmayılovla yanaşı, çempionatda növbəti 7 yerin qalibi olan təqaüdçülərə də bank tərəfindən diplom, hədiyyə və pul mükafatları təqdim edilib.   

 

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib ki, bank təqaüdçülərin ictimai fəallığını dəstəkləyən bu cür korporativ sosial məsuliyyət layihələrini gələcəkdə də davam etdirmək niyyətindədir:

 

“Təqaüdçülərimiz şahmat çempionatında böyük fəallıq göstərdilər. Çempionata regionlardan da iştirakçılar qatılmışdı. Çox maraqlı bir tədbir alındı. Açılış mərasimində iştirakçılarımıza bank əməliyyatlarının təhlükəsizliyi, plastik kartlardan istifadə qaydaları, ATM-lərdə əməliyyatlar, onlayn ödənişlər, SMS-xəbərdarlıq xidməti barədə maarifləndirici təqdimatlarımız oldu. Düşünürük ki, bununla təqaüdçülərimizin maliyyə savadlılığına da fayda verə bildik”. 

08.06.2018 07:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ