Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"İçkilər günəş altında saxlanılır və zərərli maddə məhsula keçir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İçkilər günəş altında saxlanılır və zərərli maddə məhsula keçir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Plastik qablaşdırma materialları qlobal problemdir. Beynəlxalq səviyyədə bu qablardan istifadənin azaldılması istiqamətində təşəbbüslər və təkliflər var. Azərbaycan da bu qlobal problemdən yan keçə bilmir. Polietilenin çürüyərək, yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il vaxt lazımdır”.  

 
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov deyib. O qeyd edib  ki, həmin  qablardakı kimyəvi maddələr məhsulun tərkibinə keçir:

Reklam_3_11

 

“Biz özümüz bilərəkdən bu qablardan dəfələrlə istifadə edirik. Marketlərdə satılan sərinləşdirici içkilər günəş altında saxlanılır və zərərli maddə məhsula keçir. Azərbaycana gətirilən malların çoxu plastik qablardadır. Bir sıra ölkələr bu problemin həlli üçün vacib işlər görüb”. 


 
Nazirlik rəsmisi qeyd edilib  ki, Azərbaycanda plastik qabların geri alınması tərcüməsinin olmaması ciddi problemlər yaradır: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı iş aparacaq. Yenidən toplanma təkrar istehsal üçün nəzərdə tutulmur. Bu gün plastik qablardan istifadə 10-12 faizdir. 60-cı illərdə isə bu rəqəm 1 faiz olub”. 

 

“Kağız və şüşə qablaşdırmaya üstünlük verməliyik”

 

“Polietilen qablar və torbalar böyük problemdir. Nazirlik polietilen qabların əvəzinə kağız və parça materialların istifadəsini məsləhət görür. Bu qablar hər birimizə hiss olunmadan zərər vurur. Mağazalarda təklif edilən məhsulların demək olar, 99 faizi polietilen və plastik qablaşdırmadır”. 

 
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib. O bildirib ki, artıq konteynerlər sifariş olunub:

 

“Konteynerlərin Bakı, Sumqayıt və Gəncədə yerləşdirilməsi üçün məktublar göndərilib. Müəyyən məsələlər dövlət səviyyəsində həllini tapmalıdır. Əhali bu təhlükənin real olmasını bilərək düşünməlidir. Hər bir xanım öz çantasında parçadan olan torba apara bilər. Alış-veriş edərkən kağız və şüşə qablaşdırmaya üstünlük verə bilərik”. 

 

© APA

08.06.2018 09:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ