Mobil manşet üstü reklam_21

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, iki gün ərzində bu bölgədə nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq, belə ki, fasilələrlə leysan xarakterli yağış yağacaq.

 

Havanın temperaturu dağətəyi rayonlarda 22-27, dağlıq rayonlarda 12-17 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsinə üz tutanları iyunun 09-da arabir yağışlı hava şəraiti gözləsə də, iyunun 10-da gün ərzində yağmursuz hava müşahidə olunacaq. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında arabir leysan xarakterli yağış yağacaq. İyunun 10-da gündüz isə hava şəraiti yağmursuz olacaq. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-da arabir yağış yağacağı, iyunun 09-da axşam, iyunun 10-da gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.

 

­­ 1 GÜNƏ KREDİT ALIN!

 

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, iyunun 09-da gecə və səhər arabir yağışlı hava şəraiti müşahidə olunsa da, iyunun 09-u gündüz, iyunun 10-da gün ərzində hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-29 dərəcə isti təşkil edəcək.

08.06.2018 13:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ