Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Badamdarda satışı başlayır - 20 FAİZ UCUZDUR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Badamdarda satışı başlayır - 20 FAİZ UCUZDUR

Neftçala Sənaye Məhəlləsində ən iri müəssisə olan “Khazar” Avtomobil Zavodunda istehsal olunan avtomobillərin təqdimatı keçirilib.

 

Tədbirdə “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib ki, bu ilin mart ayının 29-da açılışı olmuş “Khazar” Avtomobil Zavodu regionun inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artmasında, Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsində, eləcə də bir sıra köməkçi istehsal və xidmət sahələrinin inkişafında əhəmiyyətlidir. 

 

 Emin Axundov qeyd edib ki, zavodda istehsal olunan avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur və “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq.

 

Qeyd edilib ki, zavodun illik istehsal gücü 10 min avtomobildir. Bu ilin sonunadək zavodda hər ay orta hesabla 60 ədəd “Khazar” LD və 100 ədəd “Khazar” SD modellərindən olan  avtomobillər istehsal olunacaq.

 

Ümumilikdə, 2018-ci ilin sonunadək 1500, 2019-cu ildə 3000, 2020-ci ildə isə 5000 ədəd avtomobilin istehsalı planlaşdırılır.

 

İstehsal olunan avtomobillər ilkin olaraq Bakı şəhərinin Badamdar qəsəbəsində yerləşən Avtomobil Satış Mərkəzində satışa çıxarılacaq. Bir müddət sonra isə paytaxtın digər yerlərində, eləcə də regionlarda satış mərkəzlərinin açılması nəzərdə tutulur.

 

“Khazar” SD avtomobillərinin qiyməti 16 min manat, “Khazar” LD avtomobillərinin qiyməti isə 18 min manatdır. Bu isə analoji avtomobillərin satış qiymətindən azı 20% ucuzdur. “Khazar” avtomobillərini nağd, köçürmə və 20% ilkin ödəniş etməklə 4 il müddətinə lizinq yolu ilə də əldə etmək olar.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

Tədbirdə o da diqqətə çatdırılıb ki, artıq İqtisadiyyat, Vergilər, Energetika nazirlikləri, Milli Məclisin Aparatı, Mərkəzi Seçki Komissiyası və digər dövlət qurumları “Khazar” avtomobillərinin alınması məqsədilə “Azərmaş” ASC-yə müraciət ediblər. Əhali arasında da bu avtomobillərə böyük maraq müşahidə olunur.

08.06.2018 14:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ