Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ötən il “İnvestAZ” gəlirlərini artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ötən il “İnvestAZ” gəlirlərini artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“İnvestAZ İnvestisiya Şirkəti” QSC 2017-ci ili 340 min 812 manat xalis mənfəətlə başa vurub.

 

Reklam_3_11

“Marja” şirkətin audit hesabatına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə 2017-də “İnvestAZ”ın cəmi gəlirləri 19% artıb. 2016-cı ildə 2 milyon 405 min manat olmuş cəmi gəlirlər 2017-ci ildə 2 milyon 859 min manata yüksəlib. Likvidliyin təminatı xidmətləri üzrə komissiya gəlirləri 1 milyon 198 min manatdan 2 milyon 747 min manata qalxıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Ötən il “İnvestAZ”ın xərcləri də artıb. 2016-cı ildə cəmi xərclər 1 milyon 401 min ikən, 2017-ci ildə 2 milyon 7 min manata yüksəlib. Şirkətin işçilər, vergi və reklam üzrə xərcləri daha çox artıb. Xərclər artdığından “İnvestAZ”ın əməliyyat mənfəəti də azalıb. 

 

Cəmi gəlirlərdən cəmi xərclər çıxıldıqdan sonra, ötən il 852 min manatlıq əməliyyat mənfəətinin 360 min 407 manatını məzənnə fərqi üzrə yaranmış zərər silib. 530 min manat vergidən əvvəlki mənfəətdən 189 min 248 manat mənfəət vergisi ödənilib.

 

Qeyd edək ki, “İnvestAZ” 2016-cı ili 533 min 561 manat xalis mənfəətlə bağlamışdı.

 

“İnvestAZ” 800 min manat nizamnamə kapitalına malikdir.

09.06.2018 06:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ