Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın ən böyük kitab mağazası açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ən böyük kitab mağazası açıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Libraff" kitab mağazaları şəbəkəsinin Bakıda ən böyük mağazası açılıb. Burada həm kitab ala bilərsiniz, həm də istədiyiniz kitabı götürüb oxuya bilərsiniz.

Tədbirdə Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov, mədəniyyət nazirinin müavini Vaqif Əliyev, xalq yazıçısı Çingiz Abdullayev, millət vəkilləri , ictimai xadimlər, elm və ədəbiyyat adamları iştirak edib.

Cəmiyyətin sədri Tale Heydərov jurnalistlərə açıqlamasında “TEAS Press”in və Libraff" kitab mağazaları şəbəkəsinin yaranmasından danışıb.

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

"İdeyanın ortaya çıxmasının səbəbi var. Biz gördük Azərbaycanda kitab mütaliəsi ilə bağlı müəyyən çözülməmiş məsələlər var. Oxucuların mütaliə etməsi üçün kifayət qədər məkan yoxdur. Qərara aldıq ki, dünya standartlarına uyğun kitab mağazaları açılsın. Hər bir oxucu üçün seçim olsun. Azərbaycan, türk, rus, ingilis və digər dillərdə oxucular üçün gözəl kitablar olsun. Bu məqsədlə biz bu layihəyə start verdik".

Tale Heydərov "Libraff" kitab mağazaları şəbəkəsi ilə bağlı planlarını açıqlayıb:

"Artıq bizim 6 kitab mağazamız var. Planlarımızda Azərbaycanın böyük şəhərlərində yeni "Libraff" mağazalarının açılması var. Eyni zamanda ümid edirik ki, gələcəkdə Azərbaycanın hüdudlarından kənarda da "Libraff" mağazaları açılacaq".

Tədbiri açıq elan edən “LİBRAFF” kitab mağazaları şəbəkəsinin piar və marketinq direktoru Ülviyyə Allahverdiyeva açılış mərasiminə gələn qonaqlara təşəkkür edib və çıxış üçün sözü Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərova verib:

"Açılışı keçirilən bu mağaza “Libraff"ın Azərbaycandakı ən böyük kitab mağazasıdır. “Libraff” mağazaları Bakının müxtəlif görkəmli yerlərində, hava limanında və Gəncədə oxucuların ixtiyarına verilib. Kitab satışı ilə bərabər, Azərbaycanda ədəbiyyatın və mütaliənin inkişaf etdirilməsi bizim layihənin əsas missiyalarından biridir. Oxucular buradan yalnız kitab almayacaqlar, eyni zamanda burada mütaliə etmək şansı əldə edəcəklər. Bura kitab mağazası olmaqla bərabər, həm də kitabxana kimi fəaliyyət göstərəcək. Bu layihə ilə Azərbaycanda kitab ticarətinin inkişafını da qarşımıza məqsəd qoymuşuq. İnanırıq ki, bura oxucuların ən sevimli kitab mərkəzlərinin birinə çevriləcək”.

09.06.2018 19:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ