Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Volkswagen Bakı Mərkəzi jurnalistlər və tanınmış simalar üçün tədbir keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Volkswagen Bakı Mərkəzi jurnalistlər və tanınmış simalar üçün tədbir keçirib

İyunun 10-da Volkswagen AG-nin Azərbaycanda yeganə rəsmi təmsilçisi "Euro Style LTD" şirkəti (Volkswagen Bakı Mərkəzi) jurnalistlər və tanınmış simalar üçün axşam tədbiri təşkil etmişdi.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə,“Amburan Beach” istirahət mərkəzində keçirilmiş axşamda şirkətin Marketinq meneceri Samir Qədirov çıxış edərək bildirdi ki, "Euro Style LTD" media ilə sıx əməkdaşlıq edir:

 

“Həm Ramazan bayramı münasibətilə, həm də əlaqələrin möhkəmləndirilməsi məqsədilə bir yerdəyik. Biz media nümayəndələri və tanınmış simlar ilə işləməyi sevirik. İnanıram ki, bu görüş gələcəkdə əlaqələrimizin daha da inkişafında özünü göstəcəkdir”.

 

5 İL PULSUZ SERVİS, 5 İL ZƏMANƏT

 

Qonaqlara yeni Volkswagen Passat modeli ilə də əyani tanış olmaq imkanı yaradılmışdı. Bildirildi ki, tam yeni Passat 1,8 litr, 180 at gücündə mühərrik ilə təchiz edilir. 7 pilləli sürət qutusu ilə təchiz edilən Passat 100 km/saat sürətinə 7,7 saniyədə çata bilir.

 

2018-ci ildə istehsal edilmiş Volkswagen Passat avtomobili 5 il pulsuz servis və 5 il zəmanət ilə təklif edilir. Yəni, yeni Passat sahibi 5 il ərzində yalnız benzin üçün xərc çəkəcəkdir. Avtomobilin yağdəyişmə və digər servis xərcləri  Volkswagen Bakı Mərkəzi tərəfindən ödəniləcəkdir.

 

“XALQ AVTOMOBİLİ” KAMPANİYASI DAVAM EDİR

 

Həmçinin qeyd edildi ki, Volkswagen Bakı Mərkəzində  “Xalq Avtomobili” kampaniyası davam edir. Kampaniya çərçivəsində iyun ayı ərzində avtomatik sürət qutusu ilə təchiz olunmuş Volkswagen Polo Sedan Comfortline avtomobili bazarda öz seqmentində çox sərfəli qiymətə, 25700 AZN deyil, 23500 AZN-ə təklif olunur. Bütün xərclər daxil olmaqla, 36 aylıq, cəmi 5999 AZN ilkin ödəniş və aylıq 737 AZN-ə 2018-ci il istehsalı Polo Sedan Comfortline avtomobilinə sahib olmaq mümkündür.

11.06.2018 05:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ