Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bu həftəki Fed qərarı dollara necə təsir edə bilər?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu həftəki Fed qərarı dollara necə təsir edə bilər?

ABŞ Mərkəzi Bankının (Fed) Çərşənbə günü (13 İyunda) faiz artıracağına qəti gözlə baxılır. "Marja" xəbər verir ki, faiz nisbətinin 25 bənd artırılaraq 1.75% - 2% aralığına qaldırılacağı gözlənilir. Beləliklə Fed, 2018-ci ildə 2-ci dəfə faiz artıracaqdır.

 

MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN

 

May ayı kənd təsərrüfatı xaric məşğulluq göstəricisinin 223 minlə proqnozu aşması da İyunda faizin artırılacağı proqnozunu dəstəklədi. Güclü göstərici, Fed-in bu il ümumilikdə 3 əvəzinə 4 dəfə faiz artıracağı ehtimalını da gücləndirib. Fed-in yaxından izlədiyi əməkhaqqı göstəriciləri də Mayda yaxşılaşıb.

 

 BAZARA TƏSİRİ

 

Analitiklər bildirirlər ki, faizin 25 bənd artırılması ehtimalı hazırda məzənnələrdə əks olunub, bu səbəbdən dollar və səhmlərin qiymətinin çox dəyişməyəcəkdir. Ancaq "şahin" tonda ifadələr dolların yüksəlməsinə səbəb ola bilər. Faizin artırılmasından da əhəmiyyətli olan Fed-in iqtisadi proqnozlarını necə yenilədiyi  və gələcəyə doğru verəcəyi işarələrdir.

 

PAUELLİN MESAJLARI ƏHƏMİYYƏTLİ OLACAQDIR

 
İclasdan sonra keçiriləcək mətbuat konfransında Fed sədri Cerom Pauellin (Jerome Powell) verəcəyi mesajların əhəmiyyətli olacağı qeyd edilir. Fed-in faiz qərarından sonra yayacağı açıqlamasında işlədiləcək cümlələr də çox önəmlidir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Son dövrdə iqtisadi göstəricilər daha da güclənib. İqtisadi artım mülayimdir, məşğulluq bazarı olduqca güclüdür. İşsizlik nisbətinin 3,8%-ə düşdüyü bir şəraitdə ABŞ iqtisadiyyatı hələ də yeni məşğulluq artımı təmin edə bilər. 
 

2018-ci il ərzində faiz 3 dəfə, yoxsa 4 dəfə artırılacaqdır? Bazarı bu narahat edir. Fed-in "şahinləşməsi" (faizin 3 deyil, 4 dəfə artırılacağına işarə etməsi) Dolları bahalaşdıra bilər.   
 

AMB DƏ FAİZ QƏRARINI AÇIQLAYACAQ
 

Avropa Mərkəzi Bankı (AMB) da faiz qərarını Cümə axşamı günü (14 İyunda) açıqlayacaqdır. Bankın faiz dərəcələrini dəyişməsi gözlənilmir. AMB-nin Baş iqtisadçısı Piter Praet bu həftə rəsmilərin ilin sonunda istiqraz alışlarının dayandırılmasını müzakirə edəcəyini söyləmişdi. Bu açıqlama ilə Avro/dollar məzənnəsi 17 Maydan bəri ən yüksək səviyyəyə qalxaraq 1.18 səviyyəsini keçmişdi.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

11.06.2018 07:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ