Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bazarlarda güclü dalğalanma gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazarlarda güclü dalğalanma gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu həftə dünya maliyyə bazarlarında ABŞ, Avrozona və İngiltərədən açıqlanacaq önəmli fundamental məlumatlar fonunda güclü dalğalanma gözlənilir.


 

Reklam_3_11

EUR

 

Dünya valyuta birjalarında avro 1.1830$-a kimi də bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Hal-hazırda 1.1800$-ın altında ticarət edilən EUR/USD məzənnəsi 1.1750$-ı da aşağı istiqamətdə qırarsa, 1.1700 və 1.1670$-a kimi də ucuzlaşa bilər. Eyni zamanda, çərşənbə axşamı Bakı vaxtı ilə saat 16:30, çərşənbə günü saat 22:00, cümə axşamı saat 15:45 və cümə günü saat 13:00-da müvafiq olaraq açıqlanacaq ABŞ-dan inflyasiya, Amerika Mərkəzi Bankının faiz qərarı, Avropa Mərkəzi Bankının faiz qərarı və Avrozonada inflyasiya göstəriciləri fonunda bu həftə güclü hərəkətlilik gözlənilir.

 

GBP

 

GBP/USD məzənnəsi də ucuzlaşır. Təhlillərə əsasən, hal-hazırda 1.34$-a ticarət edilən GBP/USD məzənnəsi 1.3380$-ı da aşağı istiqamətdə qırarsa, 1.3300$-a kimi də dəyər itirə bilər. Çərşənbə axşamı və çərşənbə günləri müvafiq olaraq saat 12:30-da dərc ediləcək İngiltərənin əmək bazarı və inflyasiya ilə bağlı önəmli fundamental məlumatları da investorların diqqət mərkəzindədir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

TRY

 

Türkiyə bazarlarında dollar 4.68TL-ə kimi bahalaşdıqdan sonra 4.45TL-ə kimi ucuzlaşıb və 4.38 və 4.33TL-ə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Ramazan bayramı ilə əlaqədar olaraq cümə axşamı və cümə günləri Türkiyə maliyyə bazarları işləməsə də dünya birjalarında USD/TRY məzənnəsində də bu həftə güclü hərəkətlilik müşahidə edilə bilər.

 

OIL

Enerji bazarlarında isə 76.00$-a ticarət edilən Brent nefti qiymətinin texniki analizlərə əsasən, 75.24$-ı da aşağı istiqamətdə qırılarsa, eniş dalğası 73.80$-a kimi sürətlənə bilər. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

 

Əlvan metallar bazarlarında qızılın gələcək qiymət tendensiyası fonunda qeyri-müəyyənlik müşahidə edilir. Bir unsiya üzrə qiymət artıq təqribən bir aydır 1290 (41.4 $/qram) və 1305$ (41.9 $/qram) aralığında dalğalanmaqdadır. Lakin təhlillərə əsasən, ABŞ-da inflyasiya yenidən güclənərsə, bu, qızıl qiymətlərinin də 1315$-a (42.2 $/qram) kimi dəyər qazanmasına səbəb ola bilər. Bunun üçün isə 1305$-ın yuxarı istiqamətdə qırılmasını gözləmək lazımdır.


Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

11.06.2018 07:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ