Ən yuxarı (mobil)-2_30

Sorğu: Fed 2018-də daha 2 dəfə faiz artıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sorğu: Fed 2018-də daha 2 dəfə faiz artıracaq

"Bloomberg" tərəfindən iqtisadçılar arasında keçirilmiş bir sorğuya görə, Fed, sürətlənən iqtisadi inkişafa baxmayaraq faiz artırmasının tempini bu il artırmayacaq.
 

"Marja" xəbər verir ki, 5 və 7 İyun tarixləri arasında keçirilmiş sorğusunun nəticələrinə görə, 2018-də Fed-in 3 dəfə faiz artıracağını gözləyənlərin sayı, Mart sorğusuna nisbətən yüngül geriləyib.
 

İqtisadçıların gözləntisi, Fed-in bu il daha 2 dəfə faiz artıracağı istiqamətindədir. Fed artıq bu ilin Mart ayında bir dəfə faiz artırıb.
 

37 iştirakçının hamısı, Çərşənbə günü başa çatacaq iki günlük iclasda Fed-in faizi 25 bənd artıraraq 1.75% - 2% aralığına qaldırılacağını gözləyir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

2018-ci il ərzində faiz 3 dəfə, yoxsa 4 dəfə artırılacaqdır? Bazarı bu narahat edir. Fed-in "şahinləşməsi" (faizin 3 deyil, 4 dəfə artırılacağına işarə etməsi) Dolları bahalaşdıra bilər.   

11.06.2018 08:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ