Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Valyutalar üçün kritik 36 saat

iç səhifə xəbər başlığı altı (mobil)_31
Valyutalar üçün kritik 36 saat
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu həftə Dünyanın ən güclü üç mərkəzi bankı faiz qərarını açıqlayacaq



Qlobal bazarlarda valyuta məzənnələrinə təsir edə biləcək üç mühüm toplantı keçiriləcək.
 

Reklam_3_11

"Marja" xəbər verir ki, İyun ayı iclasına 12 İyunda başlayacaq Amerika Mərkəzi Bankı (Fed) faiz qərarını 13 İyunda açıqlayacaqdır. 


Xüsusilə istiqraz alışı proqramı ilə bağlı planlarını açıqlayacağı gözlənilən Avropa Mərkəzi Bankı (AMB) faizlərlə bağlı qərarını 14 İyunda elan edəcək. 14 İyun Cümə axşamı günü başlayacaq Yaponiya Mərkəzi Bankının (BoJ) qərarı isə 15 İyunda ictimaiyyətə açıqlanacaq.
 

MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN

 

36 saat ərzində keçiriləcək üç iclasda Fed-in faiz artırması, AMB-nin istiqraz alışını dayandırması planının detallarını dəqiqləşdirməsi və BoJ-un təşviq proqramını davam etdirməyə davam etmək qərarı verəcəyi gözlənilir.
 

Fed sədri Jerome Pauellin "şahin" mövqeyi investorlaraı dollar almağa təşviq edərkən, bu vəziyyət inkişaf edən bazarlar üzərində təzyiq yaradır. Fed faizləri qaldırarsa, bu il ikinci dəfə faiz qərarı vermiş olacaq.


 
BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT

 

AMB-nin üç ildir davam etdirdiyi monetar təşviqinin (istiqraz alışı) aqibəti də maraq mövzusudur. Dünya iqtisadiyyatının 2018-də güclü artacağı gözləntisi də bu qərara təsir göstərə bilər. JP Morgan analitiklərinə görə, inkişaf etmiş ölkələr, əvvəlki üç ayda 1,6 faiz artarkən, bu rübdə 2,5 faiz artması nəzərdə tutulur. AMB Sədri Draghi-nin Baş iqtisadçısı Piter Praet, rəsmilərin istiqraz alışı proqramından çıxmaq üçün ilk rəsmi görüşünü keçirəcəyini bildirmişdi.

11.06.2018 10:42

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ