Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Palata “Törəmə maliyyə alətləri” mövzusunda seminar keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata “Törəmə maliyyə alətləri” mövzusunda seminar keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Törəmə maliyyə alətləri və inkişaf etməkdə olan ölkələr tərəfindən onlardan istifadə” mövzusunda seminar keçirilib.

 

Palatanın yaydığı məlumata görə, təlimdə 30 nəfər bank nümayəndəsi və Palatanın əməkdaşları iştirak ediblər.

 

Seminar çərçivəsində törəmə maliyyə alətləri anlayışı, növləri və Türkiyənin bank sektorunda onlardan risk menecment aləti kimi istifadəsi mövzularına toxunulub.

 

BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT

 

Bundan əlavə, təlimdə Türkiyə Mərkəzi Bankı və İstanbul Mərkəz Bankçılıq Məktəbinin təşkil etdiyi “İnkişaf etməkdə olan Maliyyə bazarları və Mərkəzi Banklar üçün derivativlər və törəmə maliyyə alətlərindən istifadə” təlim proqramının əhatə etdiyi yeniliklər və beynəlxalq təcrübə təlim iştirakçılarına təqdim edilib.

 

İştirakçıların sözlərinə görə, təcrübə mübadiləsi və diskussiyalarla zəngin olan təlimdə əldə etdikləri yeni biliklər onların professional inkişafına töhfə verəcəkdir.  

11.06.2018 15:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ