Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dövlət Xidməti 35 min 342 nəfəri işlərlə təmin edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Xidməti 35 min 342 nəfəri işlərlə təmin edib

Özünüməşğulluq proqramı üzrə zəruri bilik və bacarıqlara yiyələnmələri məqsədilə 2500-dən çox şəxs təlim kurslarına cəlb edilib

 


Reklam_3_11

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz çox olmaqla, 35342 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, aztəminatlı ailələrin kiçik biznesini qurmaqla yoxsulluqdan çıxışına imkan verən və əmək bazarında təsirli rol oynayan özünüməşğulluq proqramının 2018-ci ildə əhatə edəcəyi ailələrin sayının artırılaraq 7 min nəfərə çatdırılması nəzərdə tutulur. Onlardan artıq 2500-dən çoxu kiçik biznesin təşkili ilə bağlı zəruri bilik və bacarıqlara yiyələnmələri məqsədilə təlim kurslarına cəlb ediliblər və bu proses hazırda da davam etdirilir. Kursları uğurla başa vuran və təlim müddətində hazırladıqları biznes-planları müsbət qiymətləndirilən şəxslər özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunacaqlar.

 

Yanvar-may aylarında Dövlət Məşğulluq Xidməti tərəfindən 326 nəfər idarə,  müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə göndərilib. İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün,  son 5 ayda Xidmət tərəfindən 1317 nəfər, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 80 nəfər gənc peşə hazırlığına cəlb olunub.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Dövlət Məşğulluq Xidmətinin Əmək birjaları isə qısamüddətli iş üçün müraciət edən 1162 nəfərin belə işlərlə təminatını həyata keçirib.

 

Qeyd olunan dövrdə peşəyönümü tədbirlər də davam etdirilib və  63,2 min nəfər gəncə  peşəyönümü məsləhətləri verilib.

11.06.2018 15:38

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ