ABŞ-dan 5 Rusiya şirkətinə sanksiya!


 
 ABŞ, 5 Rusiya şirkətinə və 3 Rusiya vətəndaşına sanksiya tətbiq edilməsi qərarı verib.

 

1 GÜNƏ KREDİT ALIN!

 

ABŞ Xəzinə Nazirliyi, Rusiyaya qarşı sanksiyaların dairəsinə 3 nəfər və 5 şirkəti də əlavə edib. Nazirliyin veb saytından verilən məlumata görə, Liviyadakı 5 nəfər də eyni kontekstdə sanksiyaya daxil edilib.

 

Reuters-də yer alan xəbərə görə, sanksiya qərarı kiber hücumlar ilə əlaqədar olaraq tətbiq edilir.
 

Sanksiya tətbiq olunan təşkilatlar: "Digital Security, "ERPScan", "Embedi", "Kvant Scientific Research Institute" (Kvant Elmi Tədqiqat İnstitutu), "Divetechnoservices".  
 

Sanksiya tətbiq edilən şəxslər: Aleksandr Lvoviç Tribun, Oleq Sergeyeviç Çirikov və Vladimir Yakovleviç Kaganskiy. Bu şəxslər in "Divetechnoservices" şirkəti ilə əlaqələri var.

 

Nazirlik sanksiya tətbiq olunan bu qurumların Rusiya Federal Təhlükəsizlik Xidmətinə dəstək verdiyini açıqlayıb.

11 İyun 2018 , 18:43   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin