Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Neftin ucuzlaşması prosesi başa çatmış kimi görünür"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neftin ucuzlaşması prosesi başa çatmış kimi görünür"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

OPEC-in hasilatı azaltmasının həqiqət olduğuna dair investor inamı getdikcə artır.


 
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, valyuta menecerləri, OPEC və digər ölkələrin hasilatı azaltması ilə əlaqədar olaraq, WTI neftinin bahalaşacağına dair gözləntilərini ikinci həftədə də davam etdirirlər. 

Reklam_3_11

 

OPEC qrupu, Bloomberg-in sorğusuna görə, ötən ay neft hasilatını gündəlik 840,000 barel azaldıblar.  OPEC 13 Fevralda Yanvar ayına dair istehsal rəqəmlərini açıqlayacaqdır.


 
Bununla bərabər OPEC-ə daxil olmayan ən böyük neft istehsalçısı olan Rusiya da müqavilədə yer alaraq gündəlik neft istehsalı 117,000 barrel azaldıb. WTI nefti ötən yeddi həftədə 50 dollar səviyyəsinin üzərində əməliyyat görərək "Wall Street" investorlarını ABŞ-ın şist nefti sahələrində daha çox istehsalı maliyyələşdirmə məsələsində cəsarətləndirib.


 
Çikaqoda "Price Futures Group"un stajlı bazar analitiki Phil Flynn,  "Ağıllı pul OPEC-in hasilatı azaltmasının həqiqət olduğunu hiss etməyə başlayır. Neftin ucuzlaşması prosesi başa çatmış kimi görünməyə başlayır" deyib.
 


Xam neft qiymətləri, OPEC ölkələrinin Noyabrın sonlarına doğru qlobal təklif artığını "əritmək" üçün neft hasilatını azaltmaq barədə razılığa getməsindən bu yana 19 faiz yüksəlib. OPEK-in hasilatı azaltması bu il neft ehtiyatlarını gündəlik 2 milyon barrel azalda bilər.

06.02.2017 09:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ