Sənədə imza atdılar - "Böyük bir problemi həll edəcəyik"

Sinqapurun Sentosa adasında ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Jong Un görüşün ardından mətni açıqlanmayan sənədə imza atdılar. 

 

ABŞ Prezidenti Donald Tramp, "Son dərəcə əhatəli bir mətnə imza atdıq. Böyük bir problemi həll edəcəyik, bunu bütün dünya üçün edəcəyik" deyib.

 

BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT


2 saat sonra mətbuat konfransı keçiriləcək. Trampın həmin mətbuat konfransında detallı məlumatlar verəcəyi gözlənilir. 

 

İmzalanmış sənədin yol xəritəsi olduğu ehtimal edilir.

 

Görüşün digər bir məqsəd Koreya yarımadasında sülh yaratmaq və Koreya müharibəsini rəsmən sona çatdıracaq bir saziş üzərində razılığa gəlməkdir.
 

Şimali Koreya bu müqavilə ilə Amerika əsgərlərinin Koreya yarımadasından çıxarılmasını təmin etməyi planlaşdırır. Şimali və Cənubi Koreyanın birləşməsi də gündəmdədir.

12 İyun 2018 , 09:46   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin