Ayda 1850 AZN ödənişlə premium mənzil !

Bakının Yasamal rayonunda yerləşən premium kateqoriyalı yaşayış kompleksi “Renessans Palace”da endirimli bahar kampaniyası keçirilir.

 

“AS Qrup İnvestment” şirkətlər qrupunun inşa etdiyi binada ayda 1850 manat ödəməklə mənzilə sahib olmaq olar.

 

Kampaniya şərtlərinə əsasən ilkin ödəniş 25% təşkil edir. “Renessans Palace”da mənzil almaq istəyən şəxs növbəti 3 ilin 35 ayında evin dəyərinin 50%-ini hissə-hissə keçirir və 36-cı ayda geridə qalan 25% hissəni ödəyir.

 

“AS Qrup İnvestment”dən bildirilir ki, aksiya bir neçə ay davam edəcək. Qeyd olunan güzəştlərdən faydalanaraq premium mənzil sahibi olmaq istəyənlər fürsətdən vaxtında faydalanmalıdırlar.

 

İnfrastrukturunda, binanın keyfiyyətində və digər xüsusiyyətlərdə premium seqmentin bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir.  3 hektar ərazini əhatələndirən yaşayış kompleksinin 1,6 hektar hissəsi sakinlər üçün meşətipli, qapalı park olacaq. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mistubishi” markalı lift quraşdırılıb. Mənzillərin hündürlüyü standard ölçülərdən daha artıq –  3.45 metrdir. Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı pəncərələr olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır.

 

Daha ətraflı: http://renessanspalace.az

Tel.: (+994 12) 538 29 77 / 78

 (+994 50) 715 88 88

 

13 İyun 2018 , 11:42   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin