Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

2018-in dövlət büdcəsinə dəyişikliklər edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
2018-in dövlət büdcəsinə dəyişikliklər edilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub”.

 

Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat verib.

 

M.Piriyev bu dəyişikliklərlə əlavə maliyyə təminatı yaradılması nəzərdə tutulan sahələri də açıqlayıb.

 

Onun sözlərinə görə, ölkə əhalisinin sosial müdafiəsinin daha da gücləndirilməsi, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, turizmin inkişafı, bir sıra sosial və infrastruktur layihələrinin, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya tədbirlərinin və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədar əlavə maliyyə təminatının yaradılması ilə bağlı “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi və müvafiq sənədlər mövcud qanunvericiliyə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

 

“Azərbaycan Respublikasının Nazirlər Kabineti isə qanun layihəsini məqbul hesab edərək Azərbaycan Respublikasının Prezidentinə təqdim edib. Qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən bəyənilərək müvafiq sənədlərlə birlikdə müzakirə üçün Milli Məclisinə təqdim olunub”, deyə nazirlik rəsmisi bildirib.

 

BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT

 

© APA

12.06.2018 09:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ