Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakı şəhərində daha bir Azercell Eksklüziv fəaliyyət göstərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı şəhərində daha bir Azercell Eksklüziv fəaliyyət göstərəcək

Abunəçilərinin rahatlığı və  xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Azercell Telekom paytaxt və regionlarda eksklüziv mağazalarının fəaliyyətini genişləndirir.

 

Reklam_3_11

Bu dəfə şirkət Bakı şəhəri Tbilisi prospekti, 44C ünvanında, “20 yanvar” metro stansiyasının yaxınlığında açılan yeni konsepsiyalı ofisini abunəçilərin ixtiyarına verib.  

 

Xatırladaq ki, ən müasir avadanlıqla təchiz olunan mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satış mütəxəssisləri dəstək olur. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, şirkətin əsas müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar da icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən əlavə cihazlar, müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Mağaza həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər abunəçilərə yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır. Onu da qeyd edək ki, açılış günündə Azercell Eksklüziv mağazasından alış-veriş edən müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə qazanıblar.

 

Qeyd edək ki, ilin sonuna qədər Azercell Bakı və regionlarda yeni Eksklüziv mağazalarının sayını artırmağı planlaşdırır.

12.06.2018 11:21

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ