Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dövlət büdcəsinə yenidən baxılmasını zəruri edən səbəblər açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət büdcəsinə yenidən baxılmasını zəruri edən səbəblər açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradan səbəblər açıqlanıb.

 

Dövlət büdcəsinə dəyişiklik edilməsi barədə qanun layihəsində bildirilir ki, “Büdcə sistemi haqqında” qanunun 23,2-ci və 23,3-cü maddələrinə əsasən, dövlət və ictimai büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi (Pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsinin maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması və digər sosial tədbirlərin maliyyə təminatı), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bəzi neft yataqları (Ümid, Qarabağ və Babək yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq Şirkətin nizamnamə kapitalının artırılması, idxal olunan təbii qazın “Azerenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya tədbirlərinin, ölkədə turizmin inkişafı, yol infrastrukturlarının tikintisi və yenidənqurulması, həmçinin onlara xidmətlə bağlı xərclərin tənzimlənməsi, bəzi infrastruktur və sosial layihələrin maliyyələşdirilməsi və digər zəruri dövlət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı əlavə maliyyə təminatının formalaşdırılması üçün ehtiyac yaranıb.

 

Yuxarıda sadalanan tədbirlərin həyata keçirilməsi üçün tələb olunan əlavə vəsaitin 2018-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi imkan xaricindədir. Beləliklə, dövlət və ictimai büdcədən gəlir və xərclərin tarazlaşdırılması və əlavə xərclər üzrə maliyyə təminatının yaradılması üçün 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılması zərurəti yaranıb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© APA

12.06.2018 14:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ