Amsterdam Hollandiyadan ayrıla bilər

 Hollandiyanın paytaxtı Amsterdamda Bələdiyyə sədrinin müavini Kajsa Ollongren, "Wilders baş nazir olsa, Amsterdam müstəqilliyini elan edə bilər" deyib.


 
Partiyası sosial liberal "D66"nın tədbirində danışan Ollongren, İslam və xaricilərə qarşı çıxan həddindən artıq sağçı "Geert Wilders"in siyasi quruluşu PVV  (Azadlıq Partiyası) sorğularda uzun müddətdir ən böyük partiya olduğuna diqqəti çəkərək, "Wilders, Hollandiyanı Hollandiya, Amsterdamı Amsterdam edən hər bir şeyin qarşısındadır. Açıq cəmiyyəti, azadlıqları, tolerantlığı, incəsənət və mədəniyyəti, insanlığı  yox etmək istəyir. Mənə görə, Wilders-in baş nazir, ya da nazir olması əvvəllər olmadığı qədər yaxın və Amsterdam-ın müstəqillik elan etməsi də o qədər yaxındır" ifadəsini istifadə edib.
 
 
"D66"nın təhsil, gənclər və mədəni müxtəliflikdən üzrə şura üzvü Simona Kukenheim, paytaxtın irqçiliyə və dözümsüzlüyə qarşı aktiv mövqe nümayiş etdirməsi lazım olduğunu bildirib.

6 Fevral 2017 , 14:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin