Süd istehsalçısının baş ofisi yeni ünvanda

“100% Öz Fermamızın Südü” konsepti ilə bazarda mövqeyini möhkəmləndirməyə nail olmuş Atena markası “Atena Group” şirkəti adı altında öz fəaliyyət ünvanını dəyişib.

 

Şirkət, 01.06.2018 tarixindən etibarən əməkdaşlarının rahatlığını təmin etmək və iş effektivliyini artırmaq məqsədi ilə 5 günlük iş rejiminə keçib. O cümlədən biznes mühitinə daha da yaxın olması üçün yeni ünvanda, Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 25D ünvanında, fəaliyyətini davam etdirir. Yeni ofisdə şirkət rəhbərliyi, maliyyə, mühasibatlıq, satınalma, insan resursları, kommersiya və s. departamentləri də daxil olmaqla, şirkətin bütün struktur bölmələri yerləşir.

 

“Atena Group” şirkəti ilə fərdi və ya korporativ şəkildə əməkdaşlıq etmək istəyənlər (012) 404 99 88 telefon nömrəsinə zəng etməklə və ya [email protected] elektron ünvanı vasitəsi ilə öz təkliflərini irəli sürə bilərlər.

 

Qeyd edək ki, 7 ildir insanlara təbii süd və süd məhsulları təklif edən Atena markası bazarda 55 növ fərqli məhsul çeşidi ilə seçilir. Gündəlik 250 ton çiy süd istehsal etmək gücünə malik olan avtomatlaşdırılmış müəssisə öz müştərilərini qatqısız və ekoloji təmiz məhsullarla təmin edir.

14 İyun 2018 , 11:50   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin