Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Kəhrəba”nın toxumları fermerlərə paylanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kəhrəba”nın toxumları fermerlərə paylanacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əkinçiliyin inkişafında başlıca şərtlərdən biri də elmi-təcrübi fəaliyyətin təkmilləşdirilməsi, maarifləndirmə işlərinə ciddi diqqət yetirilməsi, məhsuldar toxum sortlarından və mütərəqqi metodlardan istifadənin təşviqidir. Naxçıvan Muxtar Respublikasında bu amil diqqətdə saxlanılır. “Kəhrəba” Fermer Təsərrüfatının yaradılması da bu sahədə görülən işlərin davamıdır.

 

İyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Kəhrəba” Fermer Təsərrüfatının əkin sahələrinə baxıb.

 

Məlumat verilib ki, fəaliyyətini yerli və məhsuldar sortların qorunması, bərpası və yayılması istiqamətində quran “Kəhrəba” Fermer Təsərrüfatı üçün Babək rayonunun Şıxmahmud kəndində 26,2 hektar əkinəyararlı torpaq sahəsi ayrılıb. 2018-ci ilin məhsulu üçün təsərrüfatda 18,6 hektarda taxıl, 2,9 hektarda sarımsaq, 2,4 hektarda tütün, 2,3 hektarda isə kartof, bostan və tərəvəz bitkiləri əkilib. Əkin zamanı yerli və rayonlaşdırılmış məhsuldar toxum sortlarından istifadə olunub. Aqrotexniki qaydalara düzgün əməl edilməsi məhsulun vegetasiya dövründə yaxşı inkişafına səbəb olub. Təsərrüfatda yetişdirilən yerli toxum sortları muxtar respublikanın torpaq mülkiyyətçilərinə və fermer təsərrüfatlarına paylanacaqdır.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Ali Məclisin Sədri fermer təsərrüfatının təcrübə və maarifləndirmə istiqamətində fəaliyyətinin gücləndirilməsi, növbəli əkin qaydalarına əməl olunması, təsərrüfatda əsasən bostan-tərəvəz və dənli-paxlalı bitkilərin əkininə üstünlük verilməsi, bu zaman mütərəqqi suvarma və əkin metodlarından istifadə olunması, muxtar respublikada ixtisaslaşdırılmış yerli toxum sortlarına olan tələbatın ödənilməsi barədə müvafiq tapşırıqlar verib.

13.06.2018 05:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ