Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Vergi qanunvericiliyi dəyişəcək - YÜK 1 MİLYARD MANATDAN ÇOX AZALDILDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergi qanunvericiliyi dəyişəcək - YÜK 1 MİLYARD MANATDAN ÇOX AZALDILDI

 

Yenidən baxılma ilə dövlət büdcəsində qeyri-neft gəlirləri üzrə təsdiq olunmuş proqnozun 1 milyard 27 milyon manat azaldılması nəzərdə tutulur.

 

Bu barədə 2018-ci ilin dəqiqləşdirilmiş büdcə layihəsində bildirilir.

 

Vergi qanunvericiliyi və inzibatçılığında həyata keçirilməsi nəzərdə tutulan islahatların vergi ödəyicilərinə ehtimal edilən mənfi təsirini azaltmaq və əlavə dəyər vergisinin inzibatçılığı çərçivəsində gömrük orqanları ilə vergi orqanları arasında əlavə dəyər vergisinin ödənişlərində yaranmış disproporsiyanın mərhələlərlə aradan qaldırılması zərurətini nəzərə alaraq qeyri-neft gəlirləri üzrə təsdiq olunmuş proqnozun 1 milyard 27 milyon manat azaldılması, neftin satış qiymətinin artımı hesabına neft gəlirləri üzrə daxilolmaların 500 milyon manat artırılması, yekunda Vergilər Nazirliyinin xətti ilə təsdiq edilmiş proqnozun 527 milyon manat azaldılması nəzərdə tutulur.

 

Qeyd olunan artım və azalmalar nəzərə alınmaqla, 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin tərkibində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 380 milyon manat təşkil edəcək ki, bu da 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 406,5 milyon manat və yaxud 5,8% çoxdur.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 5 milyard manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 189,5 milyon manat və yaxud 3,7%, 2018-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1 milyard 27 milyon manat və yaxud 17,0% azdır. 

 

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə təmin edilən daxilolmaların dəqiqləşdirilmiş proqnozu 3 milyard 155 milyon manat təşkil edəcək ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 725 milyon manat və ya 29,8%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 546,2 milyon manat və ya 20,9% çoxdur.

13.06.2018 05:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ