Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Kapital Bank-ın dəstəyi ilə “Yaşa” təqaüdçülər mərkəzi açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank-ın dəstəyi ilə “Yaşa” təqaüdçülər mərkəzi açıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kapital Bank-ın dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə “Yaşa” təqaüdçülər mərkəzinin açılış mərasimi keçirilib.

 

Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, B.Bünyadov küç.,12) fəaliyyət göstərir.

 

“Yaşa” mərkəzinin əsas məqsədi təqaüd yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.

 

“Belə bir mərkəzi açmaqla təqaüd yaşına çatmış, yaradıcı və özünü inkişaf etdirməkdə maraqlı olan şəxsləri bir araya toplayaraq, onların asudə vaxtlarının maraqlı təşkil etmək, cəmiyyət üçün gərəkli olduqları hiss etdirməkdir. Mərkəzdə kompüter, idman, rəqs, yaradıcılıq, təlim, rəssamlıq və digər otaqlar vardır, həmçinin fərdi kitabxana da fəaliyyət göstərir. Layihənin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və “Üçüncü Bahar” təşəbbüs qrupuna təşəkkürümüzü bildiririk”, - deyə, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

 

Qeyd edək ki, mərkəzin hazırda 300-dən artıq aktiv üzvü vardır. Hər dəfə müxtəlif mövzularda keçirilən təlimlərdə 40-50 nəfər iştirak edir. Kapital Bank ötən il, ahıllar günü ərəfəsində mərkəzin üzvləri üçün respublika üzrə maliyyə savadlığı mövzusunda təlim təşkil edib. Gələcəkdə belə tədbirlərin daha intensiv keçirilməsi planlaşdırılır.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

13.06.2018 07:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ