Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Qala Sığorta” daha bir rayonda nümayəndəliyini açdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta” daha bir rayonda nümayəndəliyini açdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Müştərilərin daim rahatlığını düşünən “Qala Sığorta” regionlarda nümayəndəlik şəbəkəsinin genişləndirilməsi istiqamətində apardığı işləri davam etdirir.

 

Şirkət bu dəfə Tovuz rayonu Həzi Aslanov küçəsində yerləşən nümayəndəliyinin rəsmi açılışını edib.

 

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən "Marja"ya verilən məlumata görə, “Qala Sığorta” Tovuz rayonunda öz nümayəndəliyi ilə təmsil olunmaqla qərb regionunda yerləşən əhaliyə həyat və qeyri-həyat sığortası məhsullarından yararlanma imkanını daha da asanlaşdırır.

 

“Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov bildirib ki, Tovuz rayonu ölkəmizin digər rayonları kimi əhalinin daha sıx məskunlaşan rayonlarından biridir. Məhz bu baxımdan da, şirkətin inkişaf strategiyasının tərkib hissəsinə uyğun şəkildə bu bölgədə təmsil olunmaq qərarını verdik: “Artıq bu bölgədə yaşayan əhali öz evlərini, avtomobillərini hətta öz həyatlarını belə rahat və operativ şəkildə sığortalaya biləcəklər. Məqsədimiz aqressiv satış taktikasını tətbiq etmək deyil. Biz bölgələrdə öz nümayəndəliyimizi açmaqla eyni zamanda əhalini maarifləndirir, onların sığorta sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək oluruq. Ümumiyyətlə, bu açılışları bir növ şirkətin sosial məsuliyyəti kimi dəyərləndirirəm”.

 

1 GÜNƏ KREDİT ALIN!

 

T.Yunsurov qeyd edib ki, vətəndaşların sığortadan rahat şəkildə yararlanması şirkətin  prioriet hədəflərindən biridir. “Məqsədimiz ölkənin bütün regionlarında təmsil olunmaqla vətəndaşlarımıza həyat və qeyri-həyat sığortası məhsulları üzrə keyfiyyətli və operativ xidmətlər göstərmək,baş vermiş sığorta hadisələrinin effektiv şəkildə tənzimlənməsini təmin etməkdir. İlin əvvəlindən indiyədək Lənkəran, Gəncə və Sumqayıt nümayəndəlyimizin rəsmi açılışları olub. 2018-ci ilin büdcə planlamasına uyğun olaraq, yaxın vaxtlarda daha 2 nümayəndəliyin açılışı nəzərdə tutulub”, - deyə T.Yunsurov vurğulayıb.

 

Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

 

Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

 

Üç illik fəaliyyət tarixi olmasına baxmayaraq şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur. Onu da qeyd edək ki, “Qala Sığorta” Azərbaycan sığortaçıları arasında yüksək imic və maliyyə göstəriciləri ilə yanaşı, müştərilərin məmnuniyyətini qazanmış şirkət kimi də tanınır. 

13.06.2018 08:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ