Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Şahdağ”ın tabe olduğu qurum dəyişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Şahdağ”ın tabe olduğu qurum dəyişdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda 7 dövlət tarix-memarlıq və tarix-mədəniyyət qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.

 

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda əksini tapıb.

 

Qərara əsasən, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla) və “Kiş” Tarix-Memarlıq Qoruğu Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına daxil edilib.

 

1 GÜNƏ KREDİT ALIN!

 

“Şahdağ” Qış-Yay Turizm Kompleksi və  Milli Kulinariya Mərkəzi də Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında yer alıb.

 

Qeyd edək ki, bu qoruqlar əvvəllər Mədəniyyət və Turizm Nazirliyinin tərkibinə daxil olub. Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

 

© APA

13.06.2018 08:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ