Tesla indi də ixtisara başlayır - 3000 NƏFƏR

Seriyalı istehsal məsələsində yaşadığı çətinliklər ilə gündəmə gələn Tesla, indi də işdən çıxarmalar ilə göndəmdədir. 


 
"Marja" xəbər verir ki, Tesla-nın müdiri Elon Musk "Twitter" hesabından bildirib ki, şirkətin işçi qüvvəsinin 9%-nə qarşılıq gələn 3 min nəfər işdən çıxarılacaq.


 
Musk sözügedən qərarın çətin bir qərar olduğunu ancaq şirkətin yenidən təşkilinin zəruri olduğunu bildirib


 
O, heç bir istehsal xətti işçisinin bu ixtisar arasında yer almayacağını da qeyd edib.
 
1 GÜNƏ KREDİT ALIN!

 

Musk, "Haradasa 15 illik tariximizdə heç mənfəət əldə  etməmişik. Bu vəziyyət, gəlirliliyin bizi motivasiya etmədiyini göstərir. Bizi motivasiya edən dünyanın davamlı, təmiz enerjiyə keçişi hədəfidir. Ancaq davamlı gəlirliliyə keçmədən bu hədəfə nail ola bilməyəcəyik" deyib.

13 İyun 2018 , 11:27   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin