Bolqarıstan “2020-də "Şahdəniz-2" qazı istehlakımızın 25-30 faizini təşkil edəcək”
“2020-ci ildə "Şahdəniz-2" qazı Bolqarıstanın qaz istehlakının 25%-30%-ni təşkil edəcək”.
Bunu Bakıda keçirilən "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi" konfransında Bolqarıstanın energetika nazirinin müşaviri Rosen Smitçiyev bildirib.
O bildirib ki, Bolqarıstan Azərbaycanı Cənub-Şərqi Avropa regionu üçün əsas təbii qaz mənbələrindən biri hesab edir. "Azərbaycan Cənub Qaz Dəhlizinin həm əsas mənbəyi, həm də tərəfdaşıdır. Bolqarıstan 2020-ci ildən Cənub Qaz Dəhlizi ilə nəql olunacaq "Şahdəniz-2" qazının alıcılarındadır və Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece-Bulgaria (IGB) vasitəsilə ildə 1 mlrd. kubmetr "Şahdəniz" qazı alacaq," – deyə nazir müşaviri qeyd edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 d. əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 12 d. əvvəl
- 13 d. əvvəl
- 15 d. əvvəl
- 19 d. əvvəl
- 24 d. əvvəl
-
25 d. əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 31 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb
- 2 saat əvvəl