"Majlis" növbəti dəfə iş adamlarını bir araya gətirir
"Majlis Business Network" növbəti dəfə biznes sahəsi ilə maraqlanan şəxsləri, sahibkar, rəhbər və menecerləri bir araya gətirir.
Yeni əlaqlərin qurulmasında vasitəçi rolunu oynayan biznes şəbəkəsi iyunun 13-də maraqlı tərəflərin iştirakı ilə tədbir təşkil edəcək.
Qeyd edək ki, Ramazan Bayramıyla əlaqəli olaraq iftar süfrəsi ətrafında maraqlı müzakirələr olacaq.
Müzakirələrdə iş dünyasında əsas vacib şərtlərdən olan “Networking”(şəbəkələşmə), əlaqə yaratmaq formaları, bu sahədə mövcud vəziyyət və uğurlu bizneslə bağlı fikir mübadiləsi aparılacaq.
Onu da bildirək ki, görüşdə Gilan Holding-in İnsan Resursları Əməliyyatları üzrə meneceri Xəqani Səfərov "Bumeranq Biznesi" ilə bağlı maraqlı məqamlara toxunacaq, sahə ilə bağlı təcrüblərini bölüşəcək.
Tədbirdə iştirak ödənişlidir. Belə k, “Lavaş Ocaqüstü” restoranında keçiriləcək tədbirdə iştirak haqqı 25 AZN-dir.
"Majlis Business Network" –dən verilən məlumata görə, yerlər məhduddur. Bildirilib ki, öncədən qeydiyyat mütləqdir. Qeydiyyatdan keçmək üçün isə [email protected] e-mailinə ad, soyad, mobil nömrə və çalışdığınız/rəhbəri olduğunuz müəssisənin adını yazmağınız kifayətdir. Qeydiyyat üçün e-mail göndərən zaman mövzu hissəsinə "Majlisi-Iftar" qeyd etmək lazımdır.
Xatırladaq ki, Majlis 10 nəfər sahibkar tərəfindən yardılmış sahibkar və idarəçilərdən ibarət şəbəkədir. Şəbəkə 2016-cı ildən qapalı formada fəaliyyətə başlayıb, ictimaiyyətə açıq ilk tədbiri 2017-ci ilin mayın 20-də təşkil edilib.
"Majlis Business Network” səhifəsini bəyənib, qrupa qoşularaq tədbir barədə ətraflı məlumat əldə edə, növbəti fəaliyyətləri izlə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 d. əvvəl
- 20 d. əvvəl
-
1 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
3 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
3 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
3 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb