Ən yuxarı (mobil)-2_30

“İş yerinə dair arayış” alanlar 2 dəfədən çox artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İş yerinə dair arayış” alanlar 2 dəfədən çox artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətinə cari ilin may ayında 59,5 min müraciət qeydə alınıb. Bu da ötən ilin müvafiq dövrünə nisbətən “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayının 2,4 dəfə artdığını göstərir.

 

Reklam_3_11

Hazırda “Elektron hökumət” portalında müxtəlif qurumlar üzrə 18 növdə e-arayış xidməti təqdim olunur. Onlara edilən ümumi müraciətlərin təqribən yarıya qədəri  “İş yerinə dair arayış” e-xidmətinə aiddir.

 

Adıçəkilən e-xidmətdən istifadə üçün “Elektron hökumət” portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan xidmətlər siyahısından və ya “Elektron arayışlar” bölməsindən “İş yerinə dair arayış” xidməti və bundan sonra  ekranda əks olunan müvafiq menyudan “Yeni arayış” menyusu  seçilir. Sonrakı mərhələdə istifadəçi qüvvədə olan əmək müqaviləsi bildirişi (və ya bildirişlərindən biri) üzrə iş yerinə dair arayışını əldə edir.

 

“İş yerinə dair arayış” e-xidməti vətəndaşların müvafiq arayışı işəğötürənə müraciət etmədən real vaxt rejimində onlayn qaydada əldə etməsinə imkan verir. İndiyədək həmin e-xidmətə 1 milyon 73 min dəfə müraciət olunub.

13.06.2018 11:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ