Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

500 manat borc al, 1 ay sonra 600 manat qaytar- YENİ MƏHSUL

iç səhifə xəbər başlığı altı (mobil)_31
500 manat borc al, 1 ay sonra 600 manat qaytar- YENİ MƏHSUL
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"KredAqro" Bank Olmayan Kredit Təşkilatı (BOKT) onlayn kredit verilməsi üzrə ixtisaslaşmış məhsulunu təqdim edib. Məhsulun adı "Tezkredit"dir.


"Tezkredit.az" istifadəçilərə 7/24 rejimdə 100 manatdan 500 manatadək məbləğdə kredit üçün onlayn şəkildə müraciət etmək imkanı yaradır. 20-60 yaş aralığındakı hər kəs bu kredit məhsulundan yararlana bilər. 

Reklam_3_11

 

"Gözlənilməz xərcləriniz üçün ayın sonunu və ya maaş gününü gözləmədən sadəcə istədiyiniz kredit məbləği və ödəmə müddətini seçməklə asan və tez şəkildə kredit müraciəti edə bilərsiniz",- təşkilatın məlumatında deyilir.

 

Təşkilatın mütəxəssisləri müraciəti dəyərləndirir və minimal sənədləşmə prosesindən keçdikdən sonra kredit müraciət edənin hesabınıa göndərilir.  

 

Faiz dərəcəsi müddətdən asılı olaraq dəyişir – 7%-dən 20%-dək, məsələn, əgər siz 5 gün üçün 100 AZN üçün müraciət edirsinizsə, 107 AZN qaytarmalısınız. Əgər 30 gün üçün 200 AZN üçün müraciət edirsinizsə, 240 AZN qaytarmalısınız. 500 AZN-ə görə faiz isə 100 AZN təşkil edir, yəni 1 ay sonra geri 600 AZN ödəyəcəksiniz. Kredit üçün heç bir zamin tələb olunmur,  zəmanətsiz kreditlər verilir. Qeyd edək ki, ilk dəfə müraciət edən müştəriyə maksimum 250 manayt kredit atyrılır. Növbəti müraciətlərdə məbləğ artırılır. 

 

Kreditin müddəti maksimum 1 aydır. Lakin kreditin ödəniş müddətinin uzadılması da mümkündür. Bunun üçün əlavə xərciniz çıxacaq.

 

Kredit verilmə qaydası belədir: Tezkredit.az vebsəhifə əsaslı kalkulyatorda arzu olunan müddət və məbləğ seçilir, qeydiyyat sahələri doldurulur. Təqdim olunan  məlumatları təsdiq etdikdən sonra Müqavilə ilə vebsəhifədə göstərilən yerə daxil etməli olacağınız Kredit Təsdiqi SMS kodunu alacaqsınız. 

 

Sonra görməli olacağınız iş təsdiq olunan Bank bildirişi və ya DSMF qeydini göndərmək və bir dəfəlik müqaviləni imza etmək üçün təşkilatın ofisinə getməkdir. 

 

Əgər "KredAqro"nun əməkdaşlıq etdiyi banklardan birində hesabınız varsa, 15 dəqiqə ərzində pulu alacaqsınız, lakin əgər sizin hesabınız başqa bankdadırsa, bu daha uzun çəkəcək.

 

Kreditin qaytarılması onun ödənişindən daha sürətlidir – siz "Tezkredit"in kreditinizi internet bankçılığı və ya bank filialı vasitəsilə təşkilatın bank hesablarının birinə ödəyə bilərsiniz

13.06.2018 13:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ