Banka mütəxəssislər tələb olunur

AFB Bank Korporativ müştəri xidmətində mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Korporativ müştəri xidmətində mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

- Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);

- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

- Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

- Sahəyə aid olan qayda və normativləri bilmək;

- Yaxşı ünsiyyət bacarıqları;

- Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;

- Ofis proqramlarından mükəmməl istifadə bacarığı;

- Komandada işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:

- Yeni korporativ müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq;

- Bankın kredit və qeyri-kredit məhsullarının satışını təşkil etmək;

- Korporativ müştərilərə Bank xidmətlərini təklif etmək;

- Korporativ müştəriləri bank məhsulları, tariflər və digər xidmətlər barədə məlumatlandırmaq;

- Müştərilərdən ödəniş tapşırıqları və digər sərəncamları müvafiq qaydada qəbulu və icrası.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ müştəri xidmətində mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.


 

AFB Bank Fiziki Şəxslərə xidmət üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Fiziki Şəxslərə xidmət üzrə mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

- Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);

- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

- Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

- Sahəyə aid olan qayda və normativləri bilmək;

- Ünsiyyət qurmaq bacarıqları;

- Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;

- Ofis proqramlarından mükəmməl istifadə bacarığı;

- Komandada işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:

- Fiziki şəxslərə hesabların açılmasını, bu hesablar üzrə əməliyyatların aparılmasını təmin etmək;

- Fiziki şəxslərə istehlak kredit məhsulları barədə məlumatlar vermək və istehlak kredit sifarişlərini qəbul edib kreditləri rəsmiləşdirilmək;

- Ödəniş kartları sifariş etmək;

- Müştəri xidmətləri üzrə aylıq/illik plan və tapşırıqlarını yerinə yetirmək;

- Müştərilərin hesabları üzrə balans və balansarxası bütün növ aktiv və passiv əməliyyatların aparılmasına rəhbərlik və nəzarət etmək;

- Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasına nəzarət etmək;

- Müştərilərə xidmət işinin təkmilləşdiriməsi və inkişafına dair təkliflər vermək.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Fiziki Şəxslərə xidmət üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

13 İyun 2018 , 17:33   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin