ABŞ-dan zeytuna da əlavə gömrük vergisi

ABŞ Ticarət Nazirliyi İspaniyadan idxal edilən zeytuna anti-dempinq vergisi tətbiq olunacağını bildirib. 

 

"Marja" xəbər verir ki, nazirlik açıqlamasında, İspan zeytununun bazar qiymətindən 17 - 25,5 faiz daha aşağı  qiymətə satıldığını qeyd edib. Bu səbəbdən anti-dempinq vergisi tətbiq ediləcəkdir.

 

İxracatçı üç İspan şirkəti ilə bağlı araşdırma nəticəsində, zeytuna 15 faiz ilə 20 faiz nisbətləri arasında dempinq həyata keçirildiyi müəyyənləşdirilib.
 

Bundan əvvəl, ABŞ Ticarət Nazirliyi İspaniyada zeytunçuluğa təşviq həyata keçirilməsini tənqid etmiş və təşviq nisbətinin 27%-ə qədər çıxdığını bildirmişdi. 


Artırılan gömrük tarifinin qüvvəyə minmədən əvvəl Amerika Beynəlxalq Ticarət Komissiyası tərəfindən təsdiq olunması lazımdır. ABŞ keçən il İspaniyadan 67,6 milyon dollarlıq süfrəlik zeytun idxal etmişdir.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Avropa Parlamenti Vaşinqton rəhbərliyinin idxal vergisi tətbiq etmək planını Mart ayında Dünya Ticarət Təşkilatı qaydalarına zidd olduğu bildimiş və bu səbəbdən də qınamışdı. Parlament ABŞ rəhbərliyindən planı geri götürməsini tələb etmişdi. Donald Tramp rəhbərliyi bu tələbi rədd edib. ABŞ Prezidenti Avropa Birliyi və digər ölkələri dempinq siyasəti həyata keçirməklə Amerika iqtisadiyyatını zərərə məruz qoymaqda günahlandırır. 

13 İyun 2018 , 17:49   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin