Fed faiz qərarını açıqladı

ABŞ Mərkəzi Bankının (Fed) qərar orqanı Federal Açıq Bazar Komitəsinin (FOMC) iki gün davam edən toplantısı başa çatdı. Fed rəsmiləri bu toplantıda pul siyasəti faizi olan federal maliyyələşdirmə faizini gözləndiyi kimi 1.50-1.75 faiz aralığından 1.75-2.00 faiz aralığına qaldırdı.


 

FOREX-DƏ TƏCRÜBƏ QAZANMAĞA BAŞLA

 

Qlobal bazarların səbirsizliklə gözlədiyi kritik qərar açıqlandı.

 

Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankı (Fed) uçot dərəcəsini gözənildiyi kimi 25 faiz bəndi artıraraq 1,75% - 2.00% aralığına qaldırdı.

 

Fed 2018-ci ildə daha 2 dəfə faiz artıracağını gözləyir. Beləliklə, Fed bu il 4 dəfə faiz artıra bilər. Bundan əvvəl Fed-in 2018-də 3 dəfə faiz artıracağı gözlənirdi.

 

Fed sədri Cerom Pauell Bakı vaxtı ilə saat 22:30-da başlayacaq mətbuat konfransında açıqlamalar verib və jurnalistlərin suallarını cavablandıracaq.

 

Fed-in maliyyələşmə faizini 25 bənd artıracağına haradasa qəti baxılırdı. Amma, Fed rəsmilərinin 2018-ci ildəki faiz artırımı sayına dair proqnozlarına dair gözləntilər fərqlilik göstərirdi.

 

Fed-in faiz qərarından sonra Dolların qiyməti çox dəyişməyib. Bakı vaxtı ilə saat 22:10-da Avro/dollar məzənəsi 1.1749 səviyyəsində olub.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Fed 2018-ci ilin Mart ayında faizləri 1.25-1.50 faiz aralığından 1.50-1.75 faiz aralığına qaldırmışdı. Fed 2017-ci ildə 3 dəfə faiz artırmışdı.

 

Fed-in açıqlamasından mühüm məqamlar:
 

 
-Əlavə faiz artımları 2%-lik inflyasiya hədəfi və iqtisadi artımla əlaqəli olacaq,
 
 -İqtisadi fəallıq güclüdür, işsizlik düşüb,
 
-İnvestisiyalarartıb, sərmayələr güclü artmağa davam edib.

13 İyun 2018 , 22:00   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin